RU

"Transformatorlar suyun içində qalıb, aqibətimiz necə olacaq?"VİDEO

Sabunçu rayonu, Mirzəağa Əliyev 128 ünvanında yerləşən və “Premium Yaşam” MTK-ya məxsus binanın qarajını yağış suları basıb. Həmin ünvanda yaşayan sakinlər deyirlər ki, binanın zirzəmisi su ilə dolduğundan elektrik transformatoruna da su dəyib. Nəticədə həm bina sakinlərinin həyatı təhlükədədir, həm də elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirilər ki, binaya elektrik enerjisi verilməsinin tamamilə dayandırılması vəziyyəti daha da çətinləşdirə bilər.

“Premium Yaşam” MTK-dan bildirilib ki, bu hal təmsil etdiyi şirkətdən asılı olmayan səbəblərdən baş verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
49
xezerxeber.az

1Источники