RU

Litva Gürcüstana məğlub oldu

style='margin-bottom:10px;'>

UEFA Millətlər Liqasında milli komandamızın rəqibi olan Litva bu gün növbəti yoxlama oyununu keçirib.

QOL.az xəbər verir ki, komanda öz meydanında Gürcüstanla qarşılaşıb. Kaunasda keçirilən qarşılaşma gürcülərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaqların heyətində Georges Mikautadze dubl edib. 

Litva yığması əvvəlki yoxlama görüşündə 3 gün əvvəl səfərdə Moldovaya 2:0 hesabı ilə qalib gəlmişdi. 

Qeyd edək ki, milli komandamız Millətlər Liqasında Litva ilə sentyabrın 27-də səfərdə, oktyabrın 4-də isə öz meydanında qarşılaşacaq. 

Избранный
30
2
teleqraf.com

3Источники