RU

Küveytdə hərbi baza raket hücumuna məruz qalıb, yaralılar var

Bakı. Trend:

Küveyt Silahlı Qüvvələrinə məxsus hərbi bazalardan birininraketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınmasınəticəsində 10 hərbçi yaralanıb.

Trend xəbər verir ki, bubarədə Küveyt Silahlı Qüvvələrinin açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, hücum zamanı bazaya maddi ziyandəyib. Yaralanan hərbçilərə tibbi yardım göstərilib.

Küveyt Ordusunun məlumatına görə, son 24 saat ərzində Küveythava məkanında 14 ballistik raket və 12 PUA zərərsizləşdirilib.

Məlumatda, həmçinin vurğulanıb ki, mövcud vəziyyət fonundaölkənin hava hücumundan müdafiə sistemləri gücləndirilmiş rejimdəfəaliyyətini davam etdirir.

Избранный
67
6
az.trend.az

7Источники