RU

Noyer geri dönür

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Noyer geri dönür

"Bavariya"nın təcrübəli qapıçısı Manuel Noyer sol baldır əzələsindəki zədəsini sağalıb.

QOL.az xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, almaniyalı qolkiper Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Madrid "Real"ına qarşı keçiriləcək ilk oyunda iştirak edə biləcək. 40 yaşlı qapıçı zədədən sonra meydana ilk dönüşünü aprelin 4-də Bundesliqanın 28-ci turunda "Frayburq"la matçda edə bilər. Bununla yanaşı, Münhen təmsilçisinin ikinci qapıçısı Yonas Urbiqin də sağ dizindəki müalicəsini tezliklə bitirəcəyi və "kral klubu" ilə qarşılaşmaya hazır olacağı bildirilir.

Qeyd edək ki, "Real" - "Bavariya" qarşılaşması aprelin 7-də baş tutacaq.

Xatırladaq ki, Manuel Noyer cari mövsümdə "Bavariya"nın heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, bu matçlarda 27 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
qol.az

2Источники