RU

Afrika Millətlər Kubokunda iştirakçı sayı artırılır

Afrika Millətlər Kubokunun iştirakçı sayı artırılır.

90deqiqe.Az xəbər verir ki, bu qərar martın 29-da Qahirədə keçirilən Afrika Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qurumun prezidenti Patris Motsepe turnirin formatı ilə bağlı əlavə detallar açıqlamasa da, iştirakçı komandaların sayının 24-dən 28-ə yüksəldildiyini təsdiqləyib.

Həmçinin bildirilib ki, növbəti turnir 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada keçiriləcək. Bundan sonra yarış 2028-ci ildə də təşkil olunacaq, daha sonrakı dövrdə isə hər 4 ildən bir baş tutacaq.

Motsepe əlavə edib ki, 2029-cu ildən etibarən Afrika yığmaları üçün ayrıca Millətlər Liqası yaradılacaq. Qeyd olunub ki, bu turnirdə yalnız ən güclü komandalar – təxminən 16 milli iştirak edəcək.

Избранный
16
90deqiqe.az

1Источники