RU

Qarabağ ın tanınmış azarkeşi Zəfər Hacılının vəfatı ilə bağlı rəsmi AÇIQLAMA

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" futbol klubunun azarkeşi Zəfər Hacılının ölümündən üç gün öncə etdiyi sosial şəbəkə paylaşımı ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.

Mərkəzdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ilk təcili yardım çağırışı zamanı briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı qeyd edilib:

"İlkin araşdırmanın nəticəsi olaraq bildiririk ki, 25.03.2026-cı il tarixində saat 16:58-də Mərdəkan qəsəbəsi, Məcidov küçəsində yerləşən fərdi yaşayış evindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə nəfəs darlığı şikayəti ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub, Xəzər Təcili Tibbi Yardım Stansiyasının həkimi tərəfindən Zəfər Hacılıya ünvanda baxış keçirilib və müvafiq tibbi yardım göstərilib.

Obyektiv müayinə zamanı tənəffüsün səthi və çətin (dispnoye xarakterli) olduğu müəyyən edilib.

Pasiyentin vəziyyətinə uyğun olaraq təxirəsalınmaz tibbi yardım tədbirləri həyata keçirilib.

Briqadaya onun dostu tərəfindən özəl tibb müəssisəsinə aparılacağı bildirilib.

Əlavə olaraq bildiririk ki, Zəfər Hacılı ilə bağlı növbəti çağırış üç gün sonra - 28.03.2026-cı il tarixində saat 12:21-də vəfat etməsi ilə bağlı daxil olub. Ünvana təcili tibbi yardım briqadası cəlb olunub və ölüm halı təsdiqlənib.

Ətraflı araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".

Şükufə Süleymanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
21
oxu.az

10Источники