RU

"Mançester Yunayted"də Sandro Tonali səfərbərliyi başladı

İngiltərənin "Mançester Yunayted" klubu heyətini gücləndirmək üçün hədəf siyahısını yeniləyib.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" hazırda "Nyukasl Yunayted" forması geyinən Sandro Tonalini transfer etmək üçün hərəkətə keçiblər.

"Daily Mail Sport"un yaydığı məlumata görə, italyan yarımmüdafiəçi Elliot Anderson və Adam Uarton kimi namizədləri qabaqlayaraq klubun əsas transfer hədəfinə çevrilib. Komandanın kapitanı Bruno Fernandes də Tonalinin transfer edilməsi cəhdinə tam dəstək verərək rəhbərliyə müsbət rəy bildirib.

24 yaşlı oyunçunun oyun tərzi və texniki bacarığı "Mançester Yunayted"in orta sahəsindəki boşluğu doldurmaq üçün ideal variant hesab olunur. Hazırda klublar arasında ilkin danışıqların aparılması üçün zəmin hazırlanır.

Избранный
6
fanat.az

1Источники