RU

Günəşli günlərə doğru...

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yığmamız sabah “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində növbəti oyununu keçirəcək. Bu dəfə rəqib Syerra Leonedi.Bilindiyi kimi, yığmamız srağagün önəmli nailiyyətə imza atdı. Turnirin ilk oyununda Sent Lüsiyanı darmadağın edən komanda tarixinin ən böyükhesablı qələbəsini qazandı. Bəli, rəqib bütün komponentlərdə bizimkilərdən zəif idi. Hər halda, söhbət 1502-ci ildə Xristofor Kolumb tərəfindən kəşf edilən kiçik adada yaradılan dövlətin yığmasından gedir. Etiraf edək ki, millimiz belə fürsətdən maksimum yararlanmağı bacardı. Axı kim bilir bir də bu cür zəif rəqib nə vaxt əlimizə düşəcək?! Sabah? Syerra Leone? Yox. İkinci rəqib Sent Lüsiya qədər zəif deyil. Bu dəfə böyükhesablı qələbə qazanmaq şansımız azdı. Üstəlik baş məşqçi Ayxan Abbasov bu dəfə ilk matçda şans verdiyi fubolçuların əksəriyyətiniehtiyatda saxlayacaq.Ümumiyyətlə, indi bizi növbəti tarixi uğurun gözlədiyinə inanmaq çətindi. Sadəcə, daha bir qələbə qazanmalı, qalib ruhun formalaşması prosesinin davamını arzulamalıyıq. Çünki əsas sınaqlar hələ qarşıdadı. Millətlər Liqasında D liqasından C-yə yüksəlmək vacibdi ki, yığmamızın üzərində olan qara buludlar dağılsın. Yenidən xəyal qura, günəşli günlərə ümid edə bilək!KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
6
icma.az

8Источники