RU

Abşeronda subasma ilə əlaqədar bəzi ərazilərdən əhali təxliyə edilib (FOTO)

Bakı. Trend:

Abşeron rayonunda son günlər müşahidə olunan intensiv yağıntılarbir sıra ərazilərdə subasma hallarına səbəb olub.

Trend xəbər verirki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Normadan qat-qat artıq yağan yağış xüsusilə Xırdalan şəhəri vəMasazır qəsəbəsində ciddi fəsadlar yaradıb.

Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar küçə və məhəllələrdəyığılan suyun kənarlaşdırılması istiqamətində dərhal zəruritədbirlərə başlanılıb. Martın 27-si səhər saatlarından etibarənAbşeron Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyi vəADSEA-nın yerli idarələri ilə birgə, eləcə də bələdiyyələr,inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və digər təsərrüfatstrukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Məlumata əsasən, təbii hadisə ilə əlaqədar icra hakimiyyətindəaidiyyəti qurumların iştirakı ilə xüsusi qərargah yaradılıb.Hazırda Abşeron Rayon Fövqəladə Hallar Komissiyası müvafiqqurumlarla koordinasiyalı şəkildə işini davam etdirir.

Qeyd olunub ki, son iki gün ərzində ehtiyac olan ərazilərdənəhalinin təxliyəsi həyata keçirilib. Təxliyə edilən şəxslər üçünmüvəqqəti sığınacaqlar təşkil olunub, eyni zamanda onlarıngecələməsi üçün kirayə evlər təmin edilib.

Həmçinin bir çox ünvanlarda subasmanın qarşısının alındığı,nasosxanaların fəaliyyətinin isə xüsusi nəzarətə götürülərəkgücləndirilmiş rejimə keçirildiyi bildirilib.

Abşeronda
Abşeronda
Abşeronda
Abşeronda
Abşeronda
Избранный
3
7
az.trend.az

10Источники