AZ

Abşeronda əhali bəzi ərazilərdən təxliyə edilib - FOTO

Abşeron rayonunda son günlər müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə subasma hallarına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Normadan qat-qat artıq yağan yağış, xüsusilə, Xırdalan şəhəri və Masazır qəsəbəsində ciddi fəsadlar yaradıb.

Bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar küçə və məhəllələrdə yığılan suyun kənarlaşdırılması istiqamətində dərhal zəruri tədbirlərə başlanılıb. Martın 27-si səhər saatlarından etibarən Abşeron Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyi və ADSEA-nın yerli idarələri ilə birgə, eləcə də bələdiyyələr, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Məlumata əsasən, təbii hadisə ilə əlaqədar icra hakimiyyətində aidiyyəti qurumların iştirakı ilə xüsusi qərargah yaradılıb.

Hazırda Abşeron Rayon Fövqəladə Hallar Komissiyası müvafiq qurumlarla koordinasiyalı şəkildə işini davam etdirir.
 

Qeyd olunub ki, son iki gün ərzində ehtiyac olan ərazilərdən əhalinin təxliyəsi həyata keçirilib. Təxliyə edilən şəxslər üçün müvəqqəti sığınacaqlar təşkil olunub, eyni zamanda onların gecələməsi üçün kirayə evlər təmin edilib.


Həmçinin bir çox ünvanlarda subasmanın qarşısının alındığı, nasosxanaların fəaliyyətinin isə xüsusi nəzarətə götürülərək gücləndirilmiş rejimə keçirildiyi bildirilib.





Bizim.Media

Seçilən
0
3
bizim.media

10Mənbələr