RU

Kilsədə Paşinyana hücum cəhdi… - VİDEO



Ermənistanın Baş naziri Nikol Paşinyana kilsədə hücuma cəhd edilib.

Ermənistan mediasının məlumatına görə, İrəvandakı Müqəddəs Anna kilsəsində ibadətdə iştirak edən Paşinyana iki nəfər yaxınlaşaraq, ona hücum etməyə cəhd edib. Hücumun qarşısı təhlükəsizlik işçilərinin müdaxiləsi ilə alınıb və şübhəlilər saxlanılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, şəxslər "xuliqanlıq və dövlət məmurunun qanuni vəzifələrinə və siyasi fəaliyyətinə müdaxilə" şübhəsi ilə saxlanılıblar.

Ermənistan mediası hadisə ilə bağlı üç nəfərin saxlandığını açıqlayıb.

Tahir TAĞIYEV

Избранный
4
18
baki-xeber.com

10Источники