AZ

Paşinyana hücum cəhdindən sonra daha bir nəfər TUTULDU

Ermənistanda Baş nazir Nikol Paşinyana hücum cəhdi ilə bağlı daha bir nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a respublikanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.
 

Onun sözlərinə görə, bugünkü insidentdən sonra polis əməkdaşları xuliqanlıqda və vəzifəli şəxsin qanuni xidməti-siyasi fəaliyyətinə müdaxilədə şübhəli bilinən ümumilikdə üç nəfəri saxlayıb.



Hadisə martın 29-da İrəvandakı Müqəddəs Anna kilsəsində ibadət zamanı baş verib.

Nikol Paşinyan Palma bazarı münasibətilə keçirilən liturgiyada silahdaşları ilə birlikdə iştirak edirdi.

Baş nazir məbəddən çıxarkən iştirakçılardan biri narazılığını bildirib və mühafizəçilərə sərt şəkildə irad tutub.
 

Bu zaman başqa bir şəxs Paşinyana zərbə endirməyə cəhd göstərib. Lakin təhlükəsizlik əməkdaşları buna imkan verməyib və hücumun qarşısını alıblar.


Mühafizəçilərin baş nazirə yaxınlaşmağa çalışan gənci kənarlaşdırması mərasim iştirakçılarının narazılığına səbəb olub.

Bildirilir ki, insident zamanı Paşinyan insanları sakit olmağa çağırıb.

Bizim.Media

Seçilən
6
27
bizim.media

10Mənbələr