RU

Kilsədə ibadət zamanı Paşinyanı vurmağa cəhdlə bağlı 3 nəfər saxlanılıb - Yenilənib 

Bu gün İrəvanda Müqəddəs Anna kilsəsində baş verən insidentlə bağlı Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidmət və ya siyasi fəaliyyətinə müdaxilə) üzrə cinayət işi açılıb...

APA xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Olayla bağlı hazırda 3 nəfər saxlanılıb.

Saxlanılanlardan ikisi əkiz qardaş və məktəblidir.

***

Müqəddəs Anna kilsəsinin həyətində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin şəxslər xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinirlər.

***

Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən ibadət zamanı insident baş verib.

Ermənistan mediası xəbər verir ki, Baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri narazı şəkildə mühafizəçiyə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib, arxadan isə başqa bir şəxs Nikol Paşinyanı vurmağa cəhd göstərib.

Hadisədən sonra İrəvan polisi kilsənin həyətində bir nəfəri saxlayıb.

Poliqon.info

Избранный
16
5
poliqon.info

10Источники