RU

Rasim Balayev Xalqın özü, obrazların ustadı PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rasim Balayev – Xalqın özü, obrazların ustadı

Bu gün xalq artisti Rasim Balayevi itirdik. O, yalnız qəhrəman obrazlarını canlandırmaqla kifayətlənmədi; o, yaxşı və pis insanların ruhunu, sevincini, kədərini ekran vasitəsilə xalqın qəlbinə hopdura bilən sənətkar idi. Hamı bir ağızdan Babək və Nəsimi deyir, amma unudulmamalıdır ki, o, həm də Davud obrazını yaratmışdı, onun vasitəsilə insanın alçaq və fırıldaq tərəflərini həm acı-acı, həm də doğma şəkildə göstərmişdi.

Davud ekranda o qədər təbii hərəkət edir ki, elə bil hər gün rastlaşdığımız dələduzu görürük. Acı-acı gülürük, sadəlöv müəllimi saldığı vəziyyətə üzülürük, nifrət edirik, lənətləyirik… Kaş davudlar da öləydi.

Rasim Balayev xalqın şairinə, Nəsimiyə, sanki yeni həyat verdi, xalq qəhrəmanı Babəki mübarizə yaddaşımıza qaytardı və eynən də davudlara lənət dedizdirdi. O, yalnız rolları ilə yox, bütövlükdə sənəti və insani dərinliyi ilə xalqın özünü ifadə edirdi — yaxşısı, pisi, pafoslusu, sadəsi… Hər obrazında xalqın həyatını, ruhunu və duyğularını əks etdirə bilirdi.

Onun yaradıcılığı, istedadı və verdiyi dərin izlər bizdən uzaqda görünə bilər, amma onun obrazları, səsi və sənət yolu həmişə yaddaşımızda yaşayacaq. Rasim Balayev xalqın özü idi və hər zaman xatırlanacaq.

Pərviz Yəhyalı 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
15
icma.az

10Источники