AZ

Rasim Balayevin həbsxanadan və əsəb sanatoriyasından keçən ömür yolu-PORTRET

Xalq artisti Rasim Balayev vəfat edib. 

Azpost.info taınmış jurnalist Ramilə Qurbanlının 10 il əvvəl sevilən aktyorumuz haqqında yazıdığı portret-yazını oxucularımıza təqdim edir.

**

Tanrının ali məxluq kimi yaratdığı insan ömür boyu yanlışlıqlar edir, səhvlər və onları guya düzəltməyə çalışmaqla keçir ömrümüz. Bir səhvimiz də ondadır ki, sevdiklərimizdən olduqları kimi deyil, biz onları görmək istədiyimiz kimi görünmələrini tələb edirik. İnsan övladının hər birində hər hansı istedad, qabiliyyət olur. Nə xoş o kəsə ki, yerindədir. İndi söhbət açacağım şəxs də istedadlıdır, illər uzunu öz qabiliyyəti sayəsində sənətinin peşəkarına çevrilə bilib, öz yerindədir, həm də olmaq istədiyi yerdə. Biz isə ondan öz sahəsində deyil, tamam başqa bir istiqamətdə qəhrəman olmasını tələb edirik və səhv edirik. Bu səhv həm bizim onu itirməyimizə, həm də adamın özünün özünü itirməsinə gətirib çıxara bilər…

Bir az əvvələ qayıdacağam, daha doğrusu keçmişə, Sovet dönəminə. O vaxta ki, insanlar əmək sahəsində böyük uğurlar qazanırdılar və onların əməyi qiymətləndirilirdi. Bu başqa söhbətdir ki, onlara verilən stimul yazıqların işlədiklərindən ikiqat artıq çalışmaları üçün hesablanırdı.

Ağsuda bir qız vardı. Gəncəcik qız əlləri ilə o qədər pambıq yığırdı ki, heç kombayn bu nəticəni verə bilmirdi. Zümrüd adlı bu qız o vaxtın pambıq qəhrəmanı idi – staxanovçu. Bu Staxanov şaxtaçı olub, əmək sahəsində elə bir rekord əldə edib ki, onun rekorduna yaxınlaşan adama onun adı ilə staxanovçu deyilərmiş.

Zümrüd staxanovçu olandan sonra partiya işçisi olan Əhmədlə talelərini birləşdirib, həyat yollarında birgə addımlamağa başlayırlar. Amma Zümrüd daha pambıq yığmır. Əvəzində dünyaya səkkiz övlad gətirir – üç qız, beş oğlan. Bu sahədə də maşallah-staxanovçu olur.

Məktəbə tez gedib, onu gec başa vurdu

Seçilən
2
50
azpost.info

10Mənbələr