RU

ABŞ və İsrail İrana nüvə zərbəsi endirə bilərlər - Siyasi şərhçi

Bu fikirlər siyasi şərhçi Əkrəm Həsənova məxsusdur. O bildirib ki, hazırda hətta Qərb ölkələri də birmənalı olaraq ABŞ və İsraili dəstəkləmir. İran Trampın sülh çağırışlarına da məhəl qoymur və maksimalist tələblər irəli sürür. Buna görə də rejimin çökməməsi nəinki İranın qələbəsi olacaq, üstəlik təcavüzkarlar üçün digər mənfi nəticələrə də səbəb olacaq:

1) Bundan sonra İran böyük ehtimalla nüvə silahına sahib olmağa çalışacaq (islanmışın yağışdan nə qorxusu);
2) İsraili daha heç kəs “alınmaz qala” hesab etməyəcək, bu da onun üçün təhdidləri xeyli artıracaq;
3) ABŞ daha bir nömrəli fövqəldövlət hesab olunmaycaq, bu da onun üçün siyasi və hərbidən daha çox iqtisadi problemlər yaradacaq.

"Nəzərə alsaq ki, ABŞ və İsrailin başında cinayət təqibinə məruz qalmış yüksək eqolu iki mənəviyyatsız qoca durub, onlar üçün bu həm də şəxsi ölüm-dirim məsələsidir. Onların iki çıxış yolu var. Birinci yol – İrana qarşı quru əməliyyata başlamaq. Böyük ehtimalla bunun nəticəsində İrandakı rejim məhv ediləcək. Lakin uzun və qanlı, xeyli qurbanlara səbəb olacaq böyük müharibə nəticəsində. Bu da nəinki şəxsən Tramp və Netanyahu üçün siyasi karyeranın və hətta həyatın sonu ola bilər, həmçinin ABŞ-ın xeyli zəifləməsinə, İsrailin isə məhvinə gətirə bilər. Buna görə də onların ikinci yolla getməsi ehtimalı artır və Allah bizi bundan qorusun. Onlar İrana nüvə zərbəsi endirə bilər. Sonra da belə əsaslandıracaqlar ki, guya İran bir-iki günə nüvə silahı əldə edəcəkdi və başqa çıxış yolu yox idi",- ekspert vurğulayıb.
Избранный
1
50
azvision.az

10Источники