AZ

“Tramp müharibəni bitirmək istəyir, Netanyahu isə...” Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müharibənin davam etdiyi bir vaxtda ABŞ İranla danışıqlara başladığını açıqlayıb. Həmçinin İranla razılaşma üçün Vaşinqton 15 maddəlik sülh planını da açıqlayıb. Sözügedən planda İrana qarşı bütün sanksiyaların ləğvi, o cümlədən ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi kimi məqamlar öz əksini tapıb.Bəs ABŞ-nin verdiyi bu qərarın arxasında nə dayanır? ABŞ İranda istəklərinə nail olubmu?Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, hazırda vəziyyət tamamilə qeyri-müəyyəndir:“Prezident Tramp bir neçə gün əvvəl İranla heç bir danışıqlar aparmaq istəmədiyini və 'düşməni məhv edərkən döyüşü dayandırmazsınız' dediyi halda, qəfildən İranın enerji obyektlərinə hücum edib onları məhv etməklə hədələdi. İndi isə o, yüksək rütbəli bir İran rəsmisi ilə danışıqlar apardığımızı və bu danışıqlarda irəliləyiş əldə etdiyimizi deyir. Bu, tamamilə əks bir dönüşdür. Prezident Trampın dünənki çıxışı mənə elə gəldi ki, o, həqiqətən müharibənin bitməsini istəyir, lakin hazırda siyasi cəhətdən çətin vəziyyətdədir”.Diplomat hesab edir ki, ABŞ lideri razılaşma üçün İranda müsbət fikir yaratmaq istəyir:“Lakin İran tərəfi həm ABŞ, həm də İsrail tərəfindən atəşkəs elan olunmayana qədər ABŞ ilə danışıqlar aparmayacaqlarını bildirir. ABŞ və İsrail isə İranı bombalamağa davam edir. Vaşinqtonun danışıqlar apara biləcəyini ehtimal etdiyi şəxs İran parlamentinin sədridir, lakin o, açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatlarla heç bir müzakirə aparılmır. Eyni açıqlamanı xarici işlər naziri və Xarici İşlər Nazirliyinin sözçüsü də verdi. Beləliklə, Tramp İranla danışıqların getdiyini, İran isə getmədiyini deyir. Tramp ya narahatdır və danışıqlar yolu tapacağına ümid edir, ya da bölgəyə əlavə hərbi qüvvələrin gəlməsi üçün vaxt qazanmağa çalışır”.Bryza əlavə edib ki, Donald Trampı müharibəni davam etdirməyi planlaşdırır və daha çox hərbi gücdən istifadə etmək istəyir.“Amma mənim qənaətimə görə, getdikcə daha aydın olur ki, İsrail müharibənin dayanmasını istəmir. İsrail bir neçə dəfə İran rəsmilərini, o cümlədən ABŞ-ın sülh danışıqları apardığı Əli Laricanini qətlə yetirib. İsrail müharibənin daha çox İran liderini və hərbi potensialını məhv etdiyini hiss edənə qədər və Livandakı Litani çayının cənubunda sabitlik bərqərar edənə qədər davam etməsini istəyir. Beləliklə, məncə, Tramp və Netanyahu müharibənin nə vaxt və necə bitməli olduğu barədə bəlkə də fərqli düşünürlər”, - deyə M.Bryza əlavə edib.Tehran Orucoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
2
bizim.media

10Mənbələr