RU

"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev

style='margin-bottom:10px;'>

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev ABŞ-nin Sietl şəhərində keçirilən UFC turnirində çilili İqnasio Bahamondesə qalib gəlib. Bu, 36 yaşlı idmançının UDC-də ilk qələbəsi olub.

QOL.az xəbər verir ki, təcrübəli idmançı döyüşdən sonra qələbə yolunda çəkdiyi əziyyətlərdən söz açıb:

"Təşəkkür edirəm, Bahamondes, sən həqiqətən yaxşı döyüşçüsən. Həm onun, həm də öz komandama minnətdarlığımı bildirirəm. Biz bu nəticə üçün hər gün dayanmadan çalışırıq, gərgin məşqlər keçirik. Həmçinin ailəmə və doğma vətənim Azərbaycana dəstək olduqları üçün təşəkkür edirəm. Hamınızı çox sevirəm".

Musayev döyüş zamanı aldığı zədəyə baxmayaraq mübarizəni dayandırmadığını və əsl döyüşçü xarakterini nümayiş etdirdiyini vurğulayıb:

"Əgər döyüş zamanı qolumun sındığını və buna rəğmən davam etdiyimi desəm, necə olar? Hesab edirəm ki, əsl güclü döyüşçü ağrıdan həzz almağı bacarmalıdır və mən də onlardan biriyəm. Rəqiblərimin adından və ya gücündən heç vaxt çəkinməmişəm, karyeram boyu həmişə ən güclülərlə döyüşmüşəm. Bu qələbə hələ yalnız başlanğıcdır".

İdmançı sonda Bakıda keçiriləcək turnirdə iştirak etmək arzusunda olduğunu da gizlətməyib:

"Əgər həkimlər icazə verərsə, Bakıdakı turnirdə mütləq döyüşmək və doğma azarkeşlərim önündə çıxış etmək istəyirəm".

Избранный
3
8
teleqraf.com

10Источники