RU

NTD-də ayrılıq: Kobi Montqomeri ilə yollar ayrıldı

Azərbaycan Basketbol Liqasında (ABL) çıxış edən NTD klubu heyətində dəyişiklik edib. Bakı təmsilçisi amerikalı oyunçusu Kobi Montqomeri ilə vidalaşıb.

İdman.Biz klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub 24 yaşlı basketbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Boyu 193 sm olan Kobi Montqomeri NTD komandasına cari mövsümün əvvəlində, sentyabr ayında qoşulmuşdu. Peşəkar karyerasına məhz Azərbaycanda başlayan oyunqurucu bu müddət ərzində komandanın gənc heyətinin əsas üzvlərindən biri olub. O, bir müddət əvvəl verdiyi müsahibəsində Azərbaycan çempionatının rəqabətli olduğunu və burada böyük təcrübə topladığını bildirmişdi.

Qeyd edək ki, NTD hazırda liqada A Qrupunda 22 xalla beşinci pillədə qərarlaşıb.

İdman.Biz
Избранный
35
3
idman.biz

4Источники