RU

Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?

Yağışın yağması Bakının su probleminin ciddi olduğunu bir daha ortaya qoydu. Yağan leysan kanalizasiya sisteminin normal işləməməsi fonunda şəhərdə və ətraf qəsəbələrdə çoxsaylı gölməçələrin yaranmasına səbəb oldu. Bu fonda isə problemin çözümü istiqamətində hansısa işlərin görülüb-görülmədiyilə bağlı əhalidə müəyyən suallar yaranır.

Publika.az xəbər verir ki, Bakupost.az saytı məsələ ilə bağlı müəyyən araşdırmalar aparıb.

Məlum olur ki, kanalizasiya və su problemlərinin həlli üçün əslində böyük dövlət proqramları vardır. Məsələ Nazirlər Kabinetində dəfələrlə müzakirə olunub.

Rayonların 70-80 faizi kanalizasiya sistemilə təmin edilib

Xatırlayırsınızsa, 2011-ci ildə “Azərsu”nun o zamankı rəhbəri Qorxmaz Hüseynova tapşırılmışdı ki, Bakı buxtası və rayonların su təchizatı kimi məsələlər köklü şəkildə həll olunsun. Nəticədə rayonların əksəriyyətində su təchizatı və kanalizasiya sistemləri ilə bağlı problemlər həll olundu.

Избранный
15
1
publika.az

2Источники