RU

İran yalnız dara düşəndə dost, qonşu münasibətlərini yada salır



"Təəssüflər olsun ki, cənub qonşumuz yalnız dara düşəndə dost, qonşu münasibətlərini yada salır. Başqa vaxt isə heç bir əsası olmadan güclü, qüdrətli Azərbaycanı həzm edə bilmir. Hətta ölkəmizi absurdcasına özünə təhlükə hesab edir. Lakin reallıq isə ondan ibarətdir ki, Azərbaycan hər zaman yaxın və uzaq qonşuları ilə qarşılıqlı anlaşma şəraitində yaşamağa üstünlük verib. İstənilən situasiyada qonşularına öz yardım əlini uzadıb".

Bu fikirləri Newscenter.az-a politoloq Arzuman Muradlı İranın xarici işlər naziri Abbas Əraqçının humanitar yardımlara görə, Azərbaycana təşəkkür etməsini şərh edərkən səsləndirib. Politoloq qeyd edib ki, halbuki İrana qarşı hərbi əməliyyatlar başlamadan əvvəl, eləcə də hərbi əməliyyatlar boyunca Tehran Bakını Vaşinqtonla, Təl-Əvivlə isti münasibətlər qurmağa görə qınayırdı:

"Hətta İrana qarşı hərbi əməliyyatların ilk günlərində Tehran Naxçıvan Muxtar Respublikasını hədəfə almaqdan belə çəkinmədi. Ancaq buna rəğmən Azərbaycan hər zaman olduğu kimi yenə də öz humanizm prinsiplərinə sadiq qalaraq İrana humanitar yardım göndərdi. Eyni zamanda Azərbayvandan keçməklə Rusiyadan İrana eynitipli yardımın göndərilməsinə yardımçı oldu. Bütün bunlar ölkəmizin humanizm dəyərlərinə, insani dəyərlərə nə qədər önəm verdiyini bir daha təsdiqləyir".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, İran bundan sonra yol verdiyi xətaları təkrarlamayacaq və Azərbaycanı özünə təhlükə görməyəcək.

Süleyman
Избранный
17
1
newscenter.az

2Источники