RU

İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurub - YENİLƏNİB

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hərbi Hava Bazasında İranın raket və dron hücumu nəticəsində vurulduğunu əks etdirdiyi iddia olunan yeni görüntü yayılıb.

Son həftələrdə həmin bazaya yerləşdirilmiş “E-3 Sentry” tipli, “81-0005” bort nömrəli təyyarəyə uyğundur.Səudiyyə Ərəbistanındakı aviabazaya hücumdan əvvəl ABŞ-ın cəmi 16 ədəd istismara hazır “E-3 Sentry” təyyarəsi olub.

"The Wall Street Journal" yazır ki, E-3 Sentry” təyyarə parkı üçün hazır və dərhal istifadəyə yararlı alternativ mövcud deyil. Ən yaxın əvəzləyici kimi göstərilən “Boeing E-7 Wedgetail” təyyarəsinin isə təxminən 700 milyon dollara başa gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, “E-3 Sentry” uzaq məsafədən hava məkanını izləmək, raket və pilotsuz uçuş aparatlarını aşkar etmək, həmçinin əməliyyatlar zamanı real vaxt rejimində koordinasiya üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə təyyarəsidir.

***

saat 10.03

Martın 27-də İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Hərbi Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində ABŞ-a məxsus xüsusi kəşfiyyat təyyarəsi də zədələnib.

Bu barədə “The Wall Street” Journal Amerika və ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Cümə günü Şahzadə Sultan Hərbi Hava Bazası hücuma məruz qalıb. Nəticədə 12 amerikalı hərbi qulluqçu yaralanıb, bir neçə təyyarə, o cümlədən iki ədəd “GKC-135” yanacaqdoldurma təyyarəsi zədələnib.

Zədələnən təyyarələr arasında real vaxt rejimində döyüşlərdə uzaq məsafədən raketləri, pilotsuz aparatları və təyyarələri izləmək üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə sisteminə malik “E-3 Sentry” də olub.

“E-3 Sentry” hava əməliyyatlarının koordinasiyasında və yaxınlaşan təhlükələrə qarşı cavab tədbirlərinin idarə olunmasında mühüm rol oynayır. Bu, ABŞ-ın Körfəzdə baş verənləri izləmək və situasiya məlumatlılığını qorumaq qabiliyyətini zəiflədir.

Qeyd olunub ki, bu tip təyyarələr ABŞ Ordusunda məhdud saydadır və onları əvəzləmək çətindir.

Избранный
15
11
news365.az

10Источники