RU

Qazaxda baş vermiş qəzada ölən şəxsin kimliyi MƏLUM OLUB – FOTO

Qazax rayonunda minik avtomobilinin “KamAZ” markalı yük maşınına çırpılması nəticəsində həlak olan şəxs ehtiyatda olan polis zabiti imiş.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticısundə həyatını itirən Məzahir İbrahimxəlilov uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. O, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin Qazax Rayon Şöbəsinin rəisi vəzifəsində çalışıb və bir neçə il öncə xidmətdə yaş həddi ilə əlaqədar təqaüdə göndərilibmiş.

Xatırladaq ki, dünən Qazax-Əskipara avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Minik avtomobili hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü – Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub./oxu.az/

Qazaxda

Избранный
23
4
nocomment.az

5Источники