RU

Polisdən əməliyyat: 68 nəfər saxlanıldı

Martın 28-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

Избранный
5
49
redaktor.az

10Источники