RU

“Qarabağ”ın məşhur azarkeşi Zəfər Hacılı vəfat edib - FOTO

“Qarabağ” futbol klubunun tanınmış azarkeşi və sosial şəbəkələrin aktiv istifadəçisi Zəfər Hacılı dünyasını dəyişib.

İdman.Biz xəbər verir ki, mərhum vəfatından üç gün əvvəl öz sosial şəbəkə hesabında səhhətinin ağır olması ilə bağlı paylaşım etmişdi. Z.Hacılı şiddətli öskürək, boğulma tutmaları və nəfəs darlığı səbəbindən təcili tibbi yardıma müraciət etdiyini bildirmişdi.

O, paylaşımında vəziyyətinin kritik olduğunu və nəfəs almaqda ciddi çətinlik çəkdiyini vurğulamışdı. Bildirmişdi ki, gələn tibbi heyət saturasiyanı ölçsə də və nəticə çox aşağı çıxsa da, onu xəstəxanaya yerləşdirməkdən imtina ediblər. Tibbi personal ona temperaturu yüksək olmadığı halda xəstəxananın qəbul etməyəcəyini və geri qaytaracağını deyib.

Zəfər Hacılı paylaşımında bu hadisə ilə bağlı ciddi araşdırma aparılmasını tələb etmişdi.

Məsələ ilə bağlı artıq müvafiq dövlət qurumuna sorğu ünvanlanıb.

İdman.Biz
Избранный
23
idman.biz

1Источники