RU

İran ətrafındakı hadisələr fonunda ABŞ-də benzin bahalaşıb

BAKI, 29 mart. TELEQRAF

ABŞ-də İran ətrafındakı hadisələrin başlanmasından sonra benzinin orta pərakəndə qiyməti əhəmiyyətli dərəcədə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə "American Automobile Association" məlumat yayıb.

Assosiasiyanın məlumatına görə, martın 28-də Vaşinqton şəhərində "Regular" markalı benzinin (təxminən Aİ-92-yə uyğun) orta qiyməti bir qallon üçün 4,138 dollara çatıb. Bir ay əvvəl isə bu göstərici 3,106 dollar olub. Beləliklə, İran ətrafında baş verən hərbi əməliyyatların başlanmasından sonra paytaxtda benzinin qiyməti təxminən 1 dollar artıb.

Eyni zamanda, ABŞ-nin bütün ştatları üzrə "Regular" markalı benzinin orta qiyməti martın 28-də 3,976 dollar təşkil edib. Bir ay əvvəl bu göstərici 2,982 dollar idi.

Bundan əlavə, "Premium" markalı benzinin orta qiyməti martın 28-də Vaşinqtonda 5,087 dollara yüksəlib. Bir ay əvvəl isə bu yanacağın qiyməti 4,119 dollar olub. ABŞ üzrə Premium benzinin orta qiyməti həmin tarixdə 4,864 dollar, bir ay əvvəl isə 3,857 dollar səviyyəsində qeydə alınıb.

Assosiasiyanın məlumatına əsasən, ABŞ-də Regular markalı benzinin orta pərakəndə qiymətinin ən yüksək səviyyəsi 2022-ci il iyunun 13-də qeydə alınıb və həmin vaxt bu göstərici 5,262 dollar təşkil edib.

Избранный
62
teleqraf.com

1Источники