RU

Yer fıstığındakı möcüzə Elmdə yeni mərhələ

ain.az, Milli.az saytına istinadən bildirir.

Dünyada geniş şəkildə istehlak edilən yer fıstığının qabığından yüksək möhkəmliyə malik qrafen istehsalının mümkün olduğu açıqlanıb.

Milli.Az xəbər verir ki, bu material poladdan təxminən 200 dəfə daha möhkəmdir.

Aparılan elmi tədqiqatlar göstərir ki, hazırda məlum olan ən güclü materiallardan biri hesab edilən qrafenin bu üsulla əldə olunması sənaye sahəsində böyük dəyişikliklərə yol aça bilər. Qrafenin enerji, texnologiya və tikinti sektorlarında geniş tətbiq imkanları olduğu vurğulanır.

Bununla yanaşı, yeni üsul ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır. Belə ki, yer fıstığı qabıqlarının yandırılması nəticəsində ətraf mühitə dəyən zərərin qarşısını almaq mümkün olacaq.

Hesab edilir ki, bu kəşf həm tullantıların dəyərləndirilməsi, həm də yüksək texnologiyalı materialların daha əlçatan istehsalı baxımından gələcəkdə mühüm rol oynaya bilər.

Mina Mikayılova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
3
news.milli.az

4Источники