RU

Sumqayıtda DƏHŞƏT: Məscidin həyəti ÇÖKDÜ – VİDEO

İki gündür ölkə ərazisində, xüsusən də Abşeron yarımadasında müşahidə olunan qeyri-sabit hava şəraiti və aramsız yağışlar Sumqayıt şəhərində xoşagəlməz hadisəyə səbəb olub. Şəhərin Cümə məscidinin həyətyanı sahəsində torpaq qatı kəskin şəkildə çöküb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə nəticəsində məscidin həyətində dərin yarğan yaranıb ki, bu da həm bina, həm də ərazidəki insanlar üçün ciddi təhlükə mənbəyinə çevrilib.

İlkin ehtimallar göstərir ki, yağıntı suları torpağın alt qatlarını yuyaraq boşluqlar yaradıb, nəticədə səth ağırlığa tab gətirməyərək aşağı yuvarlanıb.

Избранный
17
nocomment.az

1Источники