Bakının Badamdar qəsəbəsində dünəndən yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı hündürlüktə yerləşən ərazidəki hasar qoparaq aşağıda park edilmiş avtomobillərin üzərinə aşıb.
Uçqun nəticəsində bir neçə minik avtomobili torpaq və daş kütləsinin altında qalıb, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Ərazidə böyük gölməçələr yaranıb, yol hərəkəti çətinləşib.
Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir. Sakinlər bildirirlər ki, son günlər davam edən yağışlar yamacların yumşalmasına və torpağın sürüşməsinə səbəb olub.
Videonu təqdim edirik:
Aliyə
NOCOMMENT.az