ain.az bildirir, Demokrat.az portalına istinadən.
Bakıda Bibiheybət qəbiristanlığının qarşısından keçən yolda torpaq uçqunu olub.Demokrat.az xəbər verir ki, iki gündür paytaxtda müşahidə olunan intensiv yağıntılar ərazidə torpaq qatının yumşalmasına və qoparaq yolun hərəkət hissəsinə tökülməsinə səbəb olub.Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, ölkə ərazisindəki sürüşmə zonalarında mütəmadi monitorinqlər aparılır. Rəsmi açıqlamada qeyd olunub ki, respublikanın mövcud sürüşmə sahələrində aparılan müşahidələr zamanı proseslərin dinamikasında hər hansı ciddi aktivləşmə və ya kəskin dəyişiklik qeydə alınmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.