RU

Hande Erçelin ifadəsi ortaya çıxdı

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyəli aktrisa Hande Erçelin prokurorluqda verdiyi ifadə ortaya çıxıb.

Axşam.az xəbər verir ki, aktrisa açıqlamasında heç vaxt narkotik və ya psixotrop maddələrdən istifadə etmədiyini açıqlayıb. O, həm özü, həm də peşəsi səbəbindən sağlam həyat tərzi keçirdiyini əlavə edib.

Aktrisa qeyd edib ki, Bebek hotelin restoranına bir neçə dəfə iş məqsədilə gedib və ümumilikdə gecə həyatı yaşamayıb. 

O, mediada yayılan bəzi iddialara da münasibət bildirib:

"Mətbuatda yer alan - müəyyən iş adamları tərəfindən təşkil edildiyi iddia edilən heç bir özəl məclisdə və ya tədbirdə iştirak etməmişəm. Bu cür məclisləri təşkil edən heç kimi tanımıram, hətta dəvət belə almamışam. İşimlə bağlı sağlığıma diqqət yetirirəm. Hakan Sabancının da narkotik maddələrdən istifadə etdiyini görməmişəm".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
1
axsam.az

2Источники