RU

"Ərzaq mağazalarında heç bir qıtlıq yaşanmır”

Hazırda ölkəmizin ərazisində güclü yağışlar müşahidə olunur. Sözsüz ki, bu, ilk növbədə kommunal xidmətlər üçün sınaqdır. Ölkə ərazisi boyu kommunal xidmətlərin əməkdaşları iş başındadır. Kollektorlardan yağıntıların kənarlaşdırılması üçün maksimum dərəcədə fəaliyyət göstərilir.

Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, yağışın yaratdığı fəsadlar fonunda çətin şəraitlə üzləşmiş insanlar xilas edilir:

“Fövqəladə Hallar Nazirliyi (FHN) təbii şəraitin fəsadlarının aradan qaldırılması üçün ciddi iş aparır. Sosial media hesablarında su basma təhlükəsi ilə üzləşmiş evlərdən insanların FHN əməkdaşları tərəfindən necə xilas edilməsinə dair görüntülər yayılır. Həmçinin polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və hansı yollarda problemlərin olması ilə bağlı mütəmadi məlumatlar verilir. Ərzaq mağazalarında heç bir qıtlıq yaşanmır”.

Избранный
3
2
publika.az

3Источники