RU

Müharibə əkin sahələrin də “vurdu”

Livanın Kənd Təsərrüfatı Nazirliyi, İsrailin 2 martdan bəri davam etdirdiyi hücumlar səbəbindən ölkədəki əkin sahələrinin 22 faizinin zərər gördüyünü açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, nazirlik tərəfindən yayımlanan hesabatda İsrailin təxminən bir aydır davam etdirdiyi hücumlar nəticəsində kənd təsərrüfatı sektorunun "görünməmiş miqyasda" zərərə uğradığı bildirilib.

Hesabatda vurğulanıb ki, Livanın ümumi əkin sahələrinin təxminən 22 faizinə bərabər olan 46 min 479 hektarlıq kənd təsərrüfatı torpağı hücumlar səbəbindən zərər çəkib.

Kənd təsərrüfatı sahələrində ən böyük zərərin Livanın ən mühüm istehsal mərkəzləri arasında yer alan Cənub və Nəbatiyə vilayətlərində qeydə alındığı, bu iki bölgədə zərər görən sahənin 44 min 297 hektara çatdığı ifadə edilib.

Sənəddə xüsusilə meyvə ağacları, zeytunluqlar, istixana istehsalı, həmçinin kiçik və orta ölçülü kənd təsərrüfatı müəssisələrinin hücumlardan ciddi şəkildə təsirlandiyi qeyd olunub.

Ekspertlərin rəylərinə də yer verilən hesabatda kütləvi köçkünlüyün istehsal prosesinin davamlılığı üçün birbaşa təhlükə yaratdığı, aqrar dövriyyənin pozulması və işçi qüvvəsinin itirilməsi səbəbindən ölkədə qida təhlükəsizliyi riskinin artdığı bildirilib.

Digər tərəfdən, hesabatda arı pətəklərinin təxminən 49 faizinin, balıq istehsalının isə 39 faizinin zərər gördüyü, həmçinin iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, eləcə də quşçuluq sahələrində fərqli nisbətlərdə itkilərin yaşandığına diqqət çəkilib.

Избранный
21
cebheinfo.az

1Источники