RU

Hədəf Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdı

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

17 yaşadək oğlan futbolçulardan ibarət millimizin hədəfi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda Malta ilə keçirəcəyi oyunda qələbə qazanmaqdı."Football-plus.az" xəbər verir ki, bunu U-17-nin baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.O, əvvəlcə Bolqarıstan (1:1) və Litva (0:0) ilə matçları dəyərləndirib:

"Bolqarıstanla birinci oyunu üstün keçirən tərəf biz olduq. Rəqibin ən böyük "silahı" standart vəziyyətlər idi. Qolu da məhz bu şəkildə vurdular. Buna baxmayaraq, bərabərlik topunu vura bildik. Qələbə qazanmaq üçün yaxşı imkanlar əldə etsək də, dəyərləndirə bilmədik. Əsas problem son ötürmələr və zərbələrdədi. Bu problemi Litvaya qarşı keçirilən ikinci matçda da yaşadıq. Başdan sonra qədər matça tam diktə etdik, topa daha çox sahib olduq. Hakim də iki dəfə yüz faizlik penaltimizi vermədi. Saysız-hesabsız qol fürsətlərimiz oldu. Futbolçular bu çatışmazlığı aradan qaldırmaq üçün çox çalışmalıdırlar. Millidə cəmi 3-4 günlük hazırlıqdan sonra oyunlara çıxırıq, bunların üzərində işləməyə vaxtımız olmur".

Nəbiyev qrupun son turu çərçivəsində martın 30-da Malta yığmasına qarşı keçiriləcək görüşlə bağlı danışıb:

"Əsas odu ki, kollektivdə qələbə əzmi var, futbolçular hər matça qalibiyyət üçün çıxırlar. İnanıram ki, Malta ilə görüşdə bunu reallaşdıra biləcəyik. Hədəf Malta ilə qarşılaşmada mütləq qələbə qazanmaqdı. Futbolçularda müəyyən yorğunluq var. İstənilən halda, qrupun son matçında yaxşı oynamalı və istədiyimiz nəticəni əldə etməliyik".

B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz 2 xalla üçüncü pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
11
icma.az

10Источники