ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ ordusuna dəstək gəmisi Omanın Salalah limanı yaxınlığında hədəf alınıb.
"Tasnim"in xəbərinə görə, bunu Xatəmul-Ənbiya Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfiqari deyib.
Onun sözlərinə görə, bundan başqa son saatlarda regionda ABŞ hərbçilərinin olduğu iki məkan Aerokosmik Qüvvələr və İslam İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələrinin dəqiq zərbələri ilə hədəf alınıb və nəticədə ağır itkilərə səbəb olub.
Zülfiqari ünvanı dəqiq göstərməsə də birinci məkanda 400-dən çox, Dubayda ikinci məkanda isə 100-dən çox ABŞ hərbçisinin gizləndiyini iddia edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.