RU

İranın Ukraynaya mümkün zərbəsi ilə bağlı iddialar səsləndi » AzadMedia.az


İranın Ukrayna ərazisinə pilotsuz uçuş aparatları və raketlərlə zərbə endirə biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Bu barədə rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk News.ru portalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, İranın Ukraynaya məsafəsi Xəzər dənizi üzərindən digər istiqamətlərlə müqayisədə daha qısadır. Matviyçuk hesab edir ki, Kiyevin İsrail və ABŞ-a dəstək verməyə hazır olması daha çox siyasi imic xarakteri daşıyır. Ekspert iddia edib ki, İran buna real hərbi addımlarla cavab verə bilər.
O qeyd edib ki, İranın bəzi pilotsuz uçuş aparatlarının uçuş məsafəsi 700 kilometrə qədər, strateji dronlarının isə 1000 kilometrədəkdir. Bundan əlavə, onun fikrincə, təxminən yarım ton döyüş başlığı daşıyan ballistik raketlər 4000 kilometr məsafəni qət edə bilər. Matviyçuk bildirib ki, bu göstəricilər nəzərə alınarsa, Ukraynanın bütün ərazisi potensial risk altında qala bilər.
Digər tərəfdən, Ukrayna Ali Radasının milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski də “Teleqraf” nəşrinə açıqlamasında İran tərəfindən mümkün təhlükələrə hazır olmağın vacibliyini vurğulayıb. O bildirib ki, bu risklər nəzərə alınmalıdır, lakin həddindən artıq şişirdilməməlidir.
Venislavski əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri mümkün zərbələrə qarşı effektiv müqavimət göstərmək imkanına malikdir.
Избранный
37
1
azadmedia.az

2Источники