RU

Polis yağışlı havada fasiləsiz xidməti davam etdirir

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Far.Az xəbər verir ki, vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar.

Nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post Patrul Xidməti və digər aidiyyəti əməkdaşlar tərəfindən tənzimlənir, sürücülər və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur.

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində DİN əməkdaşlarının koordinasiyalı fəaliyyəti davam etdirilir.

Избранный
22
23
far.az

10Источники