RU

İranın son bir həftədə Səudiyyə Ərəbistanında aviabazaya hücumlarında azı 29 ABŞ əsgəri yaralanıb - YENİLƏNİB-1

İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Aviabazasına hücumunda 29 ABŞ hərbçisi xəsarət alıb.

“AP” mənbələrə istinadən xəbər verir ki, həmin bazaya həftə ərzində iki dəfə hücum edilib və ümumilikdə, yaralanan hərbçilərin sayı 29 nəfərdir.

Baza 6 ədəd ballistik raket və 29 dronla vurulub.

***
10:37

İranın Səudiyyə Ərəbistanının Şahzadə Sultan aviabazasına hücumunda 12 ABŞ əsgəri yaralanıb.

BBC-nin xəbərinə görə, xəsarət alanlardan ikisinin vəziyyəti çox ağırdır.

Bazaya həm raket, həm də dronlarla hücum edilib.

Bazada olan iki ədəd KC-135 yanacaqdoldurma təyyarəsinə də ciddi ziyan dəydiyi bildirilib.

Pentaqon və ABŞ Mərkəzi Komandanlığı bu xəbərə hələlik şərh verməyib.

***

09:06

İranın Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 10 ABŞ hərbçisi yaralanıb.

Bu barədə CBS News məlumat yayıb.

Bildirilib ki, yaralılardan ikisinin vəziyyəti çox ağır, səkkizinin isə ağırdır.

Избранный
19
4
apa.az

10Источники