RU

Xameneyi niyə görünmür? Səbəb bəlli oldu

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni ölkənin ali rəhbəri Müctəba Xameneyinin uzun müddətdir ictimaiyyət qarşısına çıxmaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Diplomat bildirib ki, Xameneyinin görünməməsi yalnız təhlükəsizlik tədbirləri ilə bağlıdır.Demokrat.az xəbər verir ki, Bəhreyninin sözlərinə görə hazırkı xüsusi şərait daxilində ehtiyat tədbirlərinə əməl olunması mütləqdir. O qeyd edib ki, ali rəhbər fəaliyyətini dayandırmayıb və öz vəzifələrini icra etməkdə davam edir.Qeyd edək ki, ABŞ kəşfiyyatı Müctəba Xameneyinin taleyi ilə bağlı məsələni bir neçə dəfə prezident Donald Tramp üçün keçirilən xüsusi brifinqlərin mövzusuna çevirib. Amerika tərəfi hazırda Tehranda vəziyyətə real olaraq kimin nəzarət etdiyini dəqiqləşdirməyə çalışır.Xatırladaq ki, martın 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard konqresdəki çıxışı zamanı maraqlı iddia ilə çıxış etmişdi. O bildirmişdi ki, Müctəba Xameneyi İsrailin hava hücumu nəticəsində ağır yaralanıb. Hətta bəzi media resursları onun müalicə üçün Rusiyaya aparıldığı barədə məlumatlar yayırdı. Lakin İranın Rusiyadakı səfiri Kazem Cəlali bu xəbərləri qəti şəkildə təkzib edib.İslam

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
demokrat.az

1Источники