RU

Tramp NATO büdcəsinə ayrılan vəsaitlərin dayandırılmasını gündəmə gətirdi

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp faktiki olaraq Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) büdcəsinə ayrılan vəsaitlərin dayandırılması və müttəfiqlərə dəstəyin yenidən qiymətləndirilməsini gündəmə gətirib.

Bizimyol.info xəbər verir ki, 27 martda Mayamidə (Florida ştatı) keçirilən investisiya forumunda çıxış edən Tramp bir daha Şimali Atlantika Alyansındakı tərəfdaşları İsrailin İrana qarşı hərbi əməliyyatını dəstəkləməmələrinə görə sərt tənqid edib.

“Düşünürəm ki, NATO-nun sadəcə dəstək göstərməyə hazır olmaması böyük səhvdir. Bu, ABŞ-a çox pul qənaət etdirəcək. Biz hər il NATO üçün yüz milyardlarla dollar xərcləyirik. Onları qoruyuruq. Həmişə onlara dəstək verməyə hazır idik. Amma indi onların hərəkətlərini nəzərə alaraq hesab edirəm ki, biz bunu etmək məcburiyyətində deyilik, elə deyilmi?” – deyə Tramp bildirib.

Prezident əlavə edib: “Bu vacib xəbər kimi səslənir. Düşünürəm ki, biz indi vacib xəbər eşitdik. Amma fakt budur: mən soruşuram, niyə biz onlara dəstək verməyə hazır olmalıyıq, əgər onlar bunu etmirsə?” Bununla belə, Tramp praktiki olaraq bu bəyanatın konkret nəticələrini açıqlamayıb.

“Mən hesab edirəm ki, NATO böyük səhv etdi. Kiçik həcmdə silah göndərməkdən imtina etdilər, sadəcə olaraq ABŞ-ın dünyanın sülhü üçün İrana qarşı mübarizə apardığını tanımalı idilər”, - deyə daha sonra Tramp qeyd edib.

Prezident həmçinin vurğulayıb ki, bu əməliyyatı heç vaxt çox riskli hesab etməyib: “Heç vaxt böyük riskin olduğunu düşünməmişdim”, - deyə bildirib. Lakin o etiraf edib ki, müharibələr öncədən proqnozlaşdırıla bilməz və bəzi ölkələr gözlənildiyi kimi qələbə çalsa da, son nəticədə məğlub ola bilərlər.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
50
bizimyol.info

10Источники