RU

Rubio: ABŞ və Rusiya arasında dialoq vacibdir

Sherg.az saytına istinadən ain.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio Dövlət Duması nümayəndə heyətinin Vaşinqtona səfəri fonunda ABŞ və Rusiya arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

"Report"un məlumatına görə, o, bu açıqlamanı Fransada keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünü yekununa əsasən verib.

"Rusiya əvvəlki kimi güclü nüvə dövləti olaraq qalır və nüvə dövlətlərinin qarşılıqlı əlaqəni davam etdirməsi vacibdir", - Rubio vurğulayıb.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin səfəri əvvəlcədən planlaşdırılıb və yalnız lazımi icazəni almış parlament üzvlərinə ABŞ-yə giriş icazəsi verilib.

"Mən bunu əhəmiyyətli bir güzəşt hesab etmirəm", - ABŞ dövlət katibi qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
sherg.az

2Источники