RU

Ağ Evdən Zelenskiyə şok ittiham

ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtonun təhlükəsizlik zəmanətlərini Donbasdan geri çəkilmə şərti ilə bağlaması barədə açıqlamalarını kəskin şəkildə təkzib edib.

Publika.az xəbər verir ki, "Bu iddialar “yalan”dır və Ukrayna liderinin belə bəyanat verməsi təəssüf doğurur", - deyə Rubio bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton Kiyevə yalnız bir məsələni açıq şəkildə izah edib: təhlükəsizlik zəmanətləri yalnız müharibə başa çatdıqdan sonra qüvvəyə minə bilər!

Dövlət katibi vurğulayıb ki, bu yanaşma heç bir halda ərazi güzəşti, xüsusilə Donbasdan imtina ilə əlaqələndirilməyib. Ukrayna rəhbərliyinə Rusiyanın mövqeyi çatdırılıb və artıq seçim etmək növbəsi Kiyevə aiddir.

Rubio əlavə edib ki, əgər Ukrayna tərəfi kompromisə getməkdən imtina edərsə, müharibənin davam etməsi qaçılmaz olacaq:

Избранный
3
1
publika.az

5Источники