RU

Starmer: Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmayacaq

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniya Yaxın Şərqdə İranla bağlı müharibəyə qoşulmayacaq.

APA xəbər verir ki, bunu ölkənin Baş naziri Kir Starmer "Sky News"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla mövqelər fərqlidir.

“Mən açıq şəkildə demişəm ki, müharibəyə qoşulmayacağıq”, – deyə Starmer vurğulayıb.

Baş nazir qeyd edib ki, ona mövqeyini dəyişmək üçün təzyiqlər olsa da, qərarını dəyişmək niyyətində deyil.

“Deyilən və edilənlərin bir hissəsi məni fikrimi dəyişməyə vadar etmək üçündür, lakin bunu etməyəcəyəm”, – deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
5
apa.az

6Источники