RU

ABŞ müttəfiqlərini inandırıb ki, İrana qarşı quru əməliyyatı planlaşdırmır

Vaşinqton müttəfiqlərinə quru əməliyyatın olmayacaqı ilə bağlı siqnallar versə də, bütün variantların açıq qaldığını bildirilir...

ABŞ administrasiyası müttəfiq ölkələrə yaxın vaxtlarda İrana qarşı quru qoşunlarının genişmiqyaslı müdaxiləsinin planlaşdırılmadığını çatdırıb.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Bununla belə, Vaşinqton regiona əlavə hərbi qüvvələr və texnika yerləşdirərək operativ çeviklik, potensial risklərin qarşısının alınması və zərurət yarandığı halda təxliyə əməliyyatlarının həyata keçirilməsi imkanlarını gücləndirir.

Məlumata görə, ABŞ rəsmiləri hazırkı mərhələdə birbaşa quru əməliyyatının prioritet olmadığını vurğulasalar da, bölgədə artan gərginlik fonunda hərbi hazırlıq səviyyəsinin yüksəldildiyini bildirirlər. Bu addımların əsas məqsədi həm mümkün eskalasiyanın qarşısını almaq, həm də regiondakı ABŞ vətəndaşlarının və müttəfiqlərin təhlükəsizliyini təmin etməkdir.

Eyni zamanda, rəsmi mənbələr qeyd edir ki, vəziyyət dinamik olaraq dəyişir və istənilən an yeni qərarlar qəbul edilə bilər. ABŞ rəhbərliyi bütün variantların masa üzərində qaldığını açıq şəkildə bəyan edir, bu isə o deməkdir ki, hərbi ssenarilər, o cümlədən daha sərt addımlar ehtimal daxilində saxlanılır.

Analitiklər hesab edirlər ki, bu yanaşma Vaşinqtonun həm diplomatik manevr imkanlarını qorumağa, həm də regiondakı strateji mövqelərini gücləndirməyə yönəlib. Qüvvələrin yerləşdirilməsi eyni zamanda İran və digər regional aktorlara xəbərdarlıq mesajı kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
21
poliqon.info

1Источники