RU

Qəhvə səhv bilinən faydaları: Sizi təəccübləndirəcək

Çoxları hesab edir ki, qəhvə sadəcə enerji verən içkidir və çox içmək zərərlidir. Lakin mütəxəssislər bildirirlər ki, doğru miqdarda qəhvə sağlamlıq üçün bir sıra faydalar da təmin edə bilər.

KONKRET.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, gündə 2-3 fincan qəhvə ürək-damar sisteminə müsbət təsir göstərə, Alzheimer və Parkinson xəstəlikləri riskini azalda, həmçinin qaraciyər sağlamlığını dəstəkləyə bilər. Maraqlısı odur ki, qəhvə yalnız oyandırıcı deyil – düzgün zamanda içildikdə idrak funksiyasını yaxşılaşdırır və ruh halını qaldırır.

Mütəxəssislər vurğulayır ki, qəhvənin faydası şəkərsiz və südsüz, təbii formada içildikdə daha çoxdur. Beləliklə, səhv bildiyimiz bu gündəlik içki bəzən sağlamlıq üçün də kiçik “superfood” rolunu oynaya bilər.

Избранный
18
1
konkret.az

2Источники