RU

Qobustanda ağır qəza - Ölən var

Qobustanda avtomobil qəzası baş verib, bir nəfər ölüb.

“Yeni Sabah” xəbər verir ki, bu gün saat 12.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Telegram kanalımız
Избранный
14
12
yenisabah.az

10Источники