AZ

Qobustanda avtomobil qəzasında 67 yaşlı qadın ölüb

Qobustanda avtomobil qəzası baş verib, bir nəfər ölüb.

Sitat.info APA-ya istinadən xəbər verir ki, bu gün saat 12.00 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində "Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Seçilən
12
12
sitat.info

10Mənbələr