RU

ABŞ-nin daha bir YALANI üzə çıxdı – ŞOK HESABAT

ABŞ kəşfiyyatı İranın raket arsenalının məhv edilməsi ilə bağlı rəsmi Vaşinqtonun bəyanatlarından fərqli məlumatlar yayıb. “Reuters” agentliyinin məlumatına görə, Birləşmiş Ştatlar İranın raket gücünün yalnız təxminən üçdə birinin məhv edildiyini tam əminliklə təsdiqləyə bilir.

NOCOMMENT.az xəbər verir ki, kəşfiyyatın bu qiymətləndirməsi Tehranın hələ də kifayət qədər böyük hərbi potensiala malik olduğunu göstərir. Hesabatda qeyd olunur ki, İranın raketlərinin bir hissəsi sıradan çıxarılsa və ya əlçatmaz vəziyyətə düşsə də, döyüş əməliyyatları bitdikdən sonra Tehran zədələnmiş və ya torpaq altında qalmış raketlərin bir qismini yenidən bərpa etmək imkanına malikdir.

Maraqlıdır ki, kəşfiyyatın bu gizli rəqəmləri Prezident Donald Trampın ictimaiyyətə verdiyi açıqlamalarla kəskin ziddiyyət təşkil edir. Belə ki, Tramp bir gün əvvəl etdiyi çıxışında İranın “çox az sayda raketinin qaldığını” iddia etmişdi. Kəşfiyyat məlumatları isə göstərir ki, müharibənin gedişatına baxmayaraq, İran hələ də ciddi raket təhlükəsi olaraq qalır.

Sara,
NOCOMMENT.az

Избранный
18
nocomment.az

1Источники