RU

Toydan əvvəl kişinin maaşını soruşun Psixoloq

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Ailə qurmağa hazırlaşan cütlüklər üçün sevgi və duyğular nə qədər önəmlidirsə, gələcək həyatın praktiki tərəflərini müzakirə etmək də bir o qədər vacibdir. Psixoloq Yekaterina Krikunova nikahdan əvvəl tərəflərin mütləq toxunmalı olduğu əsas mövzuları açıqlayıb.Psixoloqun fikrincə, boşanmalara və ciddi münaqişələrə ən çox səbəb olan amillərdən biri maliyyə məsələləridir:"Cütlüklər ailə büdcəsinin necə idarə olunacağını, gəlir və xərclərin bölüşdürülməsi qaydalarını əvvəlcədən dəqiqləşdirməlidir. Eyni zamanda gündəlik məişət qayğıları, təmizlik və yemək kimi işlərin kimin öhdəliyində olacağı barədə ortaq qərara gəlmək lazımdır.Valideynlərlə münasibət və bayramların keçirilmə forması da az əhəmiyyət kəsb etmir. Qohumlarla ünsiyyət tezliyi və yaşlı nəslə göstəriləcək yardımın həcmi əvvəlcədən danışılmalıdır".Psixoloq həmçinin övlad sahibi olmaq planlarını, uşaqların sayı və tərbiyə üsullarını gələcək həyat yoldaşı ilə bölüşməyi tövsiyə edir.Karyera və şəxsi inkişaf mövzusu da sınaq hesab olunur. Tərəflər bir-birinə dəstək olmaq və ya rəqabət aparmaq arasında seçim etməli ola bilər.Yekaterina Krikunova bildirir ki, insanın sözləri ilə hərəkətləri arasındakı uyğunluğa diqqət yetirmək lazımdır. Partnyorun real vəziyyətlərdə, məsələn, işdə və ya dost çevrəsində özünü necə aparması onun gizli ehtiyaclarını və dəyərlərini üzə çıxarır.Aytən

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
demokrat.az

2Источники