RU

TƏCİLİ! İsrail onu da ÖLDÜRDÜ – ŞOK İSİM / FOTO

İran müxalifəti və hərbi monitorinq kanalları Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün ağır itki barədə məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, SEPAH Hərbi Hava Qüvvələrinin Siyasi İdarəsinin rəisi Əkbər Qurbanizadə məhv edilib.

Hadisənin təfərrüatları barədə hələlik rəsmi Tehran tərəfindən geniş açıqlama verilməyib.

Lakin hərbi mənbələr Qurbanizadənin SEPAH-ın ideoloji və siyasi kursunun formalaşdırılmasında, həmçinin Hərbi Hava Qüvvələrinin daxili strukturunda mühüm fiqurlardan biri olduğunu vurğulayırlar.

Bu kəskin itki, ABŞ və İsrailin İrana qarşı apardığı genişmiqyaslı hərbi əməliyyatlar fonunda SEPAH-ın komanda heyətinə vurulan növbəti sarsıdıcı zərbə kimi qiymətləndirilir. Kirman şəhərinin strateji əhəmiyyəti və burada baş verən ləğv etmə əməliyyatı İranın daxili təhlükəsizlik sistemindəki boşluqları bir daha gündəmə gətirib.

Sara,
NOCOMMENT.az

Избранный
20
nocomment.az

1Источники